Cəmiyyət

Nazir direktoru işdən çıxardı - Yeni təyinat

03 Feb 2026, 18:44 2 baxış
Nazir direktoru işdən çıxardı - Yeni təyinat
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nəzdində İnşaat Kollecinin direktoru vəzifəsindən azad olunub. Oxu.Az "Qaynarinfo"ya istinadən xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Namiq Çərkəz oğlu Ağamaliyev "İnşaat Kolleci" Publik Hüquqi Şəxsin direktoru vəzifəsindən azad edilib. Qeyd olunub ki, uzun illərdir direktor vəzifəsində çalışan Namiq Ağamaliyevin əmək müqaviləsi bitib və müddəti uzadılmayıb. Digər əmrlə Sevda Həsənova İnşaat Kollecinin direktoru təyin olunub. Qeyd edək ki, ötən ilin aprel ayında Sevda Həsənova İnşaat Kollecinin direktor müavini təyin edilmişdi. O, müxtəlif illərdə Bakı Sənaye Pedaqoji Kolleci, Azərbaycan Dövlət Pedaqoji Kolleci və digər kolleclərdə əmək fəaliyyəti ilə məşğul olub. Fotoda Namiq Ağamaliyev
Fotoda Sevda Həsənova
Nazir direktoru işdən çıxardı - Yeni təyinat Nazir direktoru işdən çıxardı - Yeni təyinat
Mənbə oxu.az

Oxşar Xəbərlər