Cəmiyyət
Nərimanov rayonunda sıradan çıxan su xətti hərəkəti çətinləşdirib
Bakının Nərimanov rayonu ərazisində yolun hərəkət hissəsində su xəttində qəza baş verib. Bununla bağlı Oxu.Az-a məlumat daxil olub.
Qeyd olunub ki, Zeynal Xəlil küçəsində su xəttinin partlaması, küçədə hərəkəti çətinləşdirib. Oxu.Az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti faktı təsdiqləyib. "Qəza baş verən ünvana cəlb edilən əməkdaşlarımız tərəfindən su xətti artıq təmir edilib və su axıntısı aradan qaldırılıb", - deyə məlumatda bildirilir. Əzizə İsmayılova

Mənbə
oxu.az