Cəmiyyət

Yeni Günəşlidə yol problemi: "Tez-tez qəzalar baş verir"

03 Feb 2026, 17:56 2 baxış
Yeni Günəşlidə yol problemi: "Tez-tez qəzalar baş verir"
Paytaxtın Suraxanı rayonu Abbas Fətullayev küçəsi ilə Yeni Günəşlinin D massivini birləşdirən yolda zolaqlar silinib, xəbərdaredici nişanlar və işıqforlar yoxdur. Bu hadisə də öz növbəsində avtomobillərin hərəkətini çətinləşdirib.
Sürücülər "Xəzər" TV-yə bildirilib ki, bu kimi hallar ərazidə tez-tez yol-nəqliyyat hadisələrinin yaranmasına səbəb olur. Məsələ ilə bağlı aidiyyatı qurumlara sorğu ünvanlansa da, məsələnin onların səlahiyyətində olmadığını deyiblər.
Mənbə oxu.az

Oxşar Xəbərlər