Cəmiyyət

Ukraynaya növbəti humanitar yardım göndərildi - Foto

03 Feb 2026, 17:04 2 baxış
Ukraynaya növbəti humanitar yardım göndərildi - Foto

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib.


Axar.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev sosial şəbəkə hesabında məlumat yayıb.


Onun sözlərinə görə, humanitar yardıma 17 ədəd generator, 4 ədəd daşınabilən enerji sistemi və digər enerji avadanlıqları daxildir.


“Azərbaycan hökumətinə, müəssisələrinə, təşkilatlarına və bütün Azərbaycan xalqına Ukraynaya davamlı dəstəyə görə səmimi minnətdarlığımı bildirirəm”, - səfir bildirib.


Qeyd edək ki, Azərbaycan bundan əvvəl də Ukraynaya elektrik təchizatı ilə bağlı humanitar yardımlar göndərib.

Mənbə axar.az

Oxşar Xəbərlər