Cəmiyyət
Ağdamda Ailə sağlamlıq mərkəzinin inşasına 1,4 milyon manat xərclənəcək
Ağdamda səhiyyə işçiləri üçün qonaq evi tikiləcək. Oxu.Az xəbər verir ki, bununla bağlı "Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsi tender elan edib. Tenderə əsasən, Ağdam rayonun Xıdırlı kəndində Ailə sağlamlıq mərkəzinin (həkim tibb məntəqəsi, təhsil və səhiyyə işçilərinin müvəqqəti yaşayışı üçün qonaq evi) tikinti işləri satın alınacaq. Satınalmanın ehtimal edilən ümumi dəyəri 1 milyon 392 min 066 manatdır. Məlik Məlikov
Mənbə
oxu.az