İdman
Akim Zedadka: "Borussiya"ya qarşı ən yaxşı oyunumuzu oynamaq istəyirik"
"Sabah baxımlı oyun sərgiləmək istəyirik". Oxu.Az xəbər verir ki, bu fikirləri "Sabah"ın futbolçusu Akim Zedadka UEFA Çempionlar Liqasının III turu çərçivəsində "Borussiya Dortmund"a qarşı keçirəcəkləri matçdan əvvəl mətbuat konfransında deyib.. O bildirib ki, komandanın hazırlığı yüksək səviyyədədir: "Rəqibimizi tanıyırıq, lazımi qədər təhlil etmişik. Ən yaxşı oyunumuzu oynamaq istəyirik. Çempionlar Liqasındakı oyunlardan zövq almaq istəyirik". Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.
Mənbə
oxu.az