Cəmiyyət

Onlarla şair-yazıçı AYB-dən xaric edilib

03 Feb 2026, 13:44 2 baxış
Onlarla şair-yazıçı AYB-dən xaric edilib
Azərbaycan Yazıçılar Birliyinin (AYB) onlarla üzvü AYB sıralarından xaric edilib. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Yazıçılar Birliyinin Mətbuat Xidmətinin rəhbəri Xəyal Rza deyib. O bildirib ki, 2026-cı ilin fevralın 1-nə qədər üzvlük haqqı ödəməyənlərin Birlikdən xaric ediləcəkləri ilə bağlı xəbərdarlıq sözügedən yazıçılara göndərilib: "2020-ci ildən etibarən üzvlük haqqını ödəməyən otuza yaxın şair-yazıçı AYB-dən xaric edilib. Bu barədə həmən şəxslərə bildiriş göndəriləcək. Qurultayqabağı bütün üzvlərin siyahıya alınmağını yenidən təşkil edəcəyik". Məhərrəm Əliyev
Mənbə oxu.az

Oxşar Xəbərlər