Cəmiyyət

Otuza yaxın şair-yazıçı AYB-dən çıxarıldı

03 Feb 2026, 13:31 2 baxış
Otuza yaxın şair-yazıçı AYB-dən çıxarıldı

Otuza yaxın üzv Azərbaycan Yazıçılar Birliyinin (AYB) sıralarından xaric edilib.


Axar.az xəbər verir ki, bu barədə APA-ya AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza bildirib.


O qeyd edib ki, 2026-cı ilin fevralın 1-nə qədər üzvlük haqqı ödəməyənlərin Birlikdən xaric ediləcəkləri ilə bağlı xəbərdarlıq edilmişdi:


“Xəbərdarlıqdan sonra 2020-ci ildən bəri üzvlük haqqını ödəməyən otuza yaxın şair-yazıçı AYB üzvlüyündən xaric edilib. Bu barədə həmən şəxslərə bildiriş göndəriləcək”.


Xəyal Rza 2020-ci ilə qədər olan üzvlük haqqı borclarının bir müddət əvvəl sıfırlandığını da vurğulayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər