Cəmiyyət

"Kəpəz"in bıçaqlanan futbolçusunun xəsarətləri məlum oldu

03 Feb 2026, 10:04 2 baxış
"Kəpəz"in bıçaqlanan futbolçusunun xəsarətləri məlum oldu
Gəncədə bıçaqlanan, "Kəpəz" futbol klubunun oyunçusu, 2002-ci il təvəllüdlü Veysəl Rzayevə təyin olunan diaqnoz açıqlanıb. Bu barədə Oxu.Az-a Gəncə Şəhər Birləşmiş Xəstəxanasından məlumat verilib. Bildirilib ki, fevralın 3-ü saat 05:10-da 2002-ci il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub: "Ona döş qəfəsinin arxa divarının açıq yarası diaqnozu təyin olunub. Hazırda müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır". Aygün Mirakif
Mənbə oxu.az

Oxşar Xəbərlər