Cəmiyyət
Göyçayda baş verən avtoqəzanın təfərrüatı - Kəndlər işıqsız qalıb
Göyçay rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə fevralın 2-də saat 21:00-da Göyçay rayonunun Qarabaqqal kəndi ərazisində qeydə alınıb. 1971-ci il təvəllüdlü Valeh Nuru oğlu Abdurahmanovun idarə etdiyi "Hyundai" markalı, 23-BM-236 dövlət nömrə nişanlı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı yüksəkgərginlikli elektrik dirəklərinə çırpılıb. Hadisə nəticəsində xəsarət alan və ölən olmayıb. Fakt araşdırılır.
Qeyd edək ki, qəza nəticəsində 10 kv-luq 3 ədəd yüksəkgərginlikli elektrik dirəyinin sıradan çıxması səbəbindən Hacalıkənd, Qarabaqqal və Bığır kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişində fasilələr yaranıb. Əzizə İsmayılova

Mənbə
oxu.az