Cəmiyyət

Göyçayda avtoqəzanın işıqsız qoyduğu kəndlərdəki son vəziyyət açıqlandı

03 Feb 2026, 10:00 2 baxış
Göyçayda avtoqəzanın işıqsız qoyduğu kəndlərdəki son vəziyyət açıqlandı
Göyçay rayonunun Qarabaqqal kəndində baş verən yol-nəqliyyat hadisəsi zamanı sıradan çıxan işıq dirəkləri bərpa olunub. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq "Azərişıq" ASC-dən məlumat verilib.
Qeyd olunub ki, fevralın 2-də axşam saatlarında Qarabaqqal kəndi ərazisində minik avtomobilinin işıq dirəklərinə çırpılması nəticəsində 10 kv-luq üç ədəd yüksəkgərginlikli elektrik dirəyi sıradan çıxıb. "Nəticədə Hacalıkənd, Qarabaqqal və Bığır kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişində fasilələr yaranıb. Hadisə yerinə dərhal "Azərişıq" ASC-nin qəza xidmətinin əməkdaşları cəlb olunublar və gecə saat 2 radələrində kəndlərə elektrik enerjisinin verilməsi bərpa olunub", - deyə məlumatda bildirilir.


Əzizə İsmayılova
Göyçayda avtoqəzanın işıqsız qoyduğu kəndlərdəki son vəziyyət açıqlandı Göyçayda avtoqəzanın işıqsız qoyduğu kəndlərdəki son vəziyyət açıqlandı Göyçayda avtoqəzanın işıqsız qoyduğu kəndlərdəki son vəziyyət açıqlandı
Mənbə oxu.az

Oxşar Xəbərlər