Cəmiyyət
Bu gün Bakının bu rayonunda qaz olmayacaq
Bu gün Bakının Binəqədi rayonunun bir hissəsinin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Bu barədə Axar.az-a Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Qeyd olunub ki, "Motodrom" qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması məqsədi ilə saat 10:00-dan işlər yekunlaşanadək Binəqədi rayonu, Biləcəri qəsəbəsinin bir hissəsinin və Motodrom ərazisinin qaz təchizatı dayandırılacaq.
Mənbə
axar.az