Cəmiyyət

Deputatdan təklif: Konstitusiyadan çıxarılsın!

02 Feb 2026, 11:57 2 baxış
Deputatdan təklif: Konstitusiyadan çıxarılsın!

Naxçıvan Muxtar Respublikası haqqında “dövlət” anlayışının istifadəsi Konstitusiyadan çıxarılmalıdır.


Axar.az xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa parlamentin yaz sessiyasının bugünkü plenar iclasında deyib.


O xatırladıb ki, Naxçıvan Azərbaycanın ayrılmaz hissəsidir: “Məsələn, “Naxçıvanın dövlət rəmzləri haqqında” deyiriksə, burda dövlət sözü artıqdır. Naxçıvan Azərbaycanın ayrılmaz hissəsidirsə, buna da diqqət etməliyik, Naxçıvan haqda dövlət tanıtımı Konstitusiyada qeyd edilməməlidir”.

Mənbə axar.az

Oxşar Xəbərlər