Digər
Həyat yoldaşı Netanyahunun üstünə qışqırdı - Video
İsrail Baş naziri Benyamin Netanyahunun həyat yoldaşı Qüdsdəki Teddi Stadionunda keçirilən Makkabi Oyunlarının açılış mərasimində ona və köməkçilərinə açıq şəkildə qışqırıb.
Axar.az-ın məlumatına görə, şahidlər iddia edirlər ki, Sara Netanyahu baş nazirə müraciət edərək "Sənin üzündən insanlarla mübahisə etməli oldum. Sən mənim onlarla mübahisə etməyimə icazə verdin" deyib. Daha sonra o, baş nazirin köməkçilərinə müraciət edərək "Siz mənimlə maraqlanmalısınız! Niyə məni buraxmırlar?", - deyə acıqlanıb.
Narazılığın VİP zonaya girişin idarə olunmasından qaynaqlandığı bildirilir.
Mənbə
axar.az