İdman

UEFA FIFA-nın səs-küylü qaydasından imtina etdi

03 Jul 2026, 00:36 1 baxış
UEFA FIFA-nın səs-küylü qaydasından imtina etdi
UEFA münaqişəli vəziyyət zamanı ağzını əli, çiyni və ya forması ilə örtən futbolçunun birbaşa meydandan qovulmasını nəzərdə tutan qaydanı tətbiq etməyəcək. Oxu.Az xəbər verir ki, bu barədə "The Athletic" portalı məlumat yayıb. Xatırladaq ki, dünya çempionatı başlamazdan əvvəl FIFA futbol qaydalarına bir sıra dəyişikliklər edib. Yeni qaydalara əsasən, münaqişəli epizod zamanı ağzını əli, çiyni və ya forması ilə örtən istənilən futbolçu birbaşa qırmızı vərəqə ala bilər. Bu cür davranış danışığın məzmununu televiziya kameralarından gizlətmək cəhdi kimi qiymətləndirilir. Qeyd edək ki, Paraqvay millisinin futbolçusu Miqel Almiron bu qayda əsasında meydandan qovulan ilk oyunçu olub. O, dünya çempionatının qrup mərhələsinin ikinci turunda Türkiyə millisinə qarşı keçirilən və komandasının 1:0 hesablı qələbəsi ilə başa çatan oyunda qırmızı vərəqə alıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər