İdman

"Neftçi" Rumıniya klubu ilə qarşılaşdı

03 Jul 2026, 00:24 2 baxış
"Neftçi" Rumıniya klubu ilə qarşılaşdı

"Neftçi" Sloveniyadakı təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxıb.


Axar.az Qol.az-a istinadən xəbər verir ki, Yuri Vernidubun komandası "ÇFR Kluj" ilə üz-üzə gəlib. Matç rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Ağ-qaralar"ın heyətində Bassala Sambu fərqlənib.


Qeyd edək ki, "Neftçi" iyulun 6-da "Partizan" (Serbiya), 10-da "Radniçki Niş" (Serbiya), 13-də isə "Osiyek" (Xorvatiya) ilə qarşılaşacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər