Cəmiyyət
Cəlilabadda baltalanaraq xəsarət alan yeniyetmənin son vəziyyəti açıqlandı
Cəlilabadda baltalanaraq xəsarət alan yeniyetmənin son vəziyyəti açıqlanıb. Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından Oxu.Az-ın sorğusuna verilən cavabda bildirilir ki, fevralın 1-də saat 17:00-da xəsarət alması səbəbindən Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan iki nəfərdən (bir qadın, bir kişi cinsli) birinin - 2012-ci il təvəllüdlü (kişi cinsli) şəxsin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir: "Onun vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Aparılan bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, həmin gün 20:05-də 2011-ci il təvəllüdlü (qadın cinsli) şəxsin isə ölüm faktı qeydə alınıb". Əzizə İsmayılova
Mənbə
oxu.az