Cəmiyyət

Fərid Osmanov: "Startaplara ayrılan vəsaitin həcmi bizi qane etmir"

02 Feb 2026, 12:00 2 baxış
Fərid Osmanov: "Startaplara ayrılan vəsaitin həcmi bizi qane etmir"
"Azərbaycanda startapların maliyyəyə əlçatanlığı ilə bağlı kifayət qədər çətinliklər var". Oxu.Az xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov ötən ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, maliyyə vəsaitlərinə əlçatanlığını artırılmasına dair təşviq mexanizmləri daha güclü olmalıdır: "Ötən il agentliyin birbaşa və dolayı vasitəsilə iştirak etdiyi üç vençur fond formalaşdırılıb. Fondlar, beynəlxalq vençur qurumlar vasitəsilə startaplara ilkin maliyyə vəsaiti ayrılıb. Lakin həmin vəsaitin həcmi bizi qane etmir və bu istiqamətdə işlər aparırıq". Məlik Məlikov
Mənbə oxu.az

Oxşar Xəbərlər