Cəmiyyət

Azərbaycan özünün rəqəmsal məhsulları ilə bağlı 18-dən çox ölkə ilə danışıq aparır

02 Feb 2026, 10:54 2 baxış
Azərbaycan özünün rəqəmsal məhsulları ilə bağlı 18-dən çox ölkə ilə danışıq aparır
"Azərbaycanın qabaqcıl rəqəmsal dövlət məhsulları olan "MyGov", "MyGov ID", Rəqəmsal Sənəd Dövriyyəsi və "digital.bridge" Afrika qitəsinin qabaqcıl ölkələri tərəfindən araşdırılır". Oxu.Az xəbər verir ki, bu fikirləri İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov ötən ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, sözügedən qitədən 18-dən çox ölkə ilə danışıqlar aparılır və bu istiqamətdə görüşlər keçirilib: "Afrikanın müxtəlif ölkələrindən 50-dən çox nümayəndənin iştirak etdiyi sessiyalarımız keçirilib".
{{gallery}} Daha çox foto burada: PhotoStock.az Məlik Məlikov
Mənbə oxu.az

Oxşar Xəbərlər