Cəmiyyət

Müşfiq Ötgün: "Qadın kişidən bir pillə öndə olsa, onu yarı yolda atacaq"

02 Feb 2026, 10:58 2 baxış
Müşfiq Ötgün: "Qadın kişidən bir pillə öndə olsa, onu yarı yolda atacaq"
"Bir insanın başqa insanlarla problemi varsa, şikayətçidirsə, böyük ehtimal ki, həmin insanın özü ilə problemi var və özünü tanımır. Özünü kimdənsə üstün tutmaq şeytani təfəkkürdür". Bu fikirləri Oxu.Az-a müsahibəsində fəlsəfə doktoru, filosof Müşfiq Ötgün deyib. O, müsahibədə həyatın mənası, insanın özünü tanıması, yaradılışın səbəbi, güc və azadlıq anlayışları, xoşbəxtliyin mahiyyəti, din və əxlaq münasibətləri, gender bərabərliyi, qadın-kişi münasibətlərində rol bölgüsü və müasir kişinin psixoloji durumundan danışıb. M.Ötgün bu fikirdədir ki, qadın kişidən bir pillə öndə olsa, yorulacaq və kişini yarı yolda atacaq: "Deyəcək ki, sən mənim nəyimə lazımsan, yüksən mənə. Belə olan halda qadın kişiyə ehtiyac duymayacaq. Kişi isə həyatının mənasız olduğunu düşünərək intihar edəcək. Nəticədə qadın da həyatının mənasını itirəcək və düşünəcək ki, həyat ona əzab vermək üçün mövcuddur. Beləliklə, nə kişi, nə qadın, nə də uşaqlar xoşbəxt olacaqlar. Bu münasibət harmoniya şəklində olmalıdır. Söhbət liderlikdən gedir. Allah kişini təbii lider kimi yaradıb. Kişinin liderliyini qəbul etməyən qadınlar ailə qurmasınlar. Kişinin liderliyi ailədə təmin olunmursa, o ailənin riskləri artır. Uşaqların həyatı üçün də fəsadlar ortaya çıxır". Ətraflı - videomüsahibədə:
Məhərrəm Əliyev Video: Əqdəm Qasımov
Mənbə oxu.az

Oxşar Xəbərlər