Cəmiyyət

Lənkəranda ev yandı, bir nəfər öldü

02 Feb 2026, 09:31 2 baxış
Lənkəranda ev yandı, bir nəfər  öldü

Lənkəran rayonunda ev yanıb.


Axar.az xəbər verir ki, hadisə gecə vaxtı rayonun Aşağı Nüvədi kəndi ərazisində baş verib.


Belə ki, kənd sakini - 1981-ci il təvəllüdlü Rəfi Firdovsi oğlu Rəhimova məxsus ümumi sahəsi 400 kvadratmetr olan ikimərtəbəli evdə yanğın olub. Hadisə yerinə FHN-nin Lənkəran yanğından mühafizə hissəsinin 2 texnikası və canlı qüvvəsi cəlb olunub. Görülən tədbirlər nəticəsində alovun digər tikililərə keçməsinin qarşısı alınıb.


Yanğın yerində aparılan kəşfiyyat zamanı ev sahibi R.Rəhimovun meyiti aşkar edilib. Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayonlararası Zona Mərkəzinə təhvil verilib.


Faktla bağlı araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər