Maraqlı

İsveç alimləri nərə balıqlarına zərər vermədən kürü çıxarmağın yolunu tapıblar

02 Feb 2026, 08:31 1 baxış
İsveç alimləri nərə balıqlarına zərər vermədən kürü çıxarmağın yolunu tapıblar
İsveçdə nərə balıqlarından kürü əldə etməyin balığa zərər verməyən "sağma" üsulu hazırlanıb. Bu texnologiya delikates istehsalını ekoloji yanaşma ilə birləşdirməyə imkan verir. Oxu.Az xəbər verir ki, bu barədə "Svenska Dagbladet" qəzetində dərc olunan məqalədə məlumat verilib. Bildirilib ki, əvvəlcə balıqlar xüsusi avadanlıqla skan olunur, kürünün yetişmə dərəcəsi müəyyənləşdirilir, daha sonra isə kürü ehtiyatla çıxarılır. Bu proses zamanı nərə balıqları canlı qalır və bir neçə ildən sonra yenidən kürü verə bilirlər. Mütəxəssislərin fikrincə, bu üsul dayanıqlı və ekoloji cəhətdən təmiz hesab olunur. Çünki nərə balıqları uzunömürlüdür, onilliklərlə yaşaya bilirlər, ənənəvi kürü istehsalı isə adətən balığın öldürülməsini tələb edir. İsveçdə fəaliyyət göstərən balıq fermaları bu texnologiyanı uğurla tətbiq edərək delikates istehsalını balıqlara qayğıkeş münasibətlə uzlaşdırırlar. Nərə balıqlarının dayanıqlı şəkildə "sağılması" onların populyasiyasının qorunmasına, vəhşi növlərə olan təzyiqin azalmasına kömək edir və qara kürünü təbiət üçün təhlükə yaratmadan daha əlçatan edir.
Mənbə oxu.az

Oxşar Xəbərlər