Cəmiyyət

Qaxda baş verən qəzada yaralanan şəxslərin vəziyyəti açıqlanıb

01 Feb 2026, 17:36 2 baxış
Qaxda baş verən qəzada yaralanan şəxslərin vəziyyəti açıqlanıb
Qaxda baş verən yol-nəqliyyat hadisəsi zamanı yaralanan şəxslərin vəziyyəti açıqlanıb. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Qax Rayon Mərkəzi Xəstəxanasından bildirilib: Qeyd olunub ki, fevralın 1-də, saat 12:45-də Qax rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan iki nəfər (kişi) Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. "Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib. Onlardan 1994-cü il təvəllüdlü şəxsə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb. 1961-ci il təvəllüdlü şəxsin isə müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir. Vəziyyəti kafi olaraq qiymətləndirilir", - məlumatda deyilir. Şükufə Süleymanlı
Mənbə oxu.az

Oxşar Xəbərlər