Cəmiyyət

Ağsuda qəza baş verib: Yaralılar var

01 Feb 2026, 10:48 2 baxış
Ağsuda qəza baş verib: Yaralılar var
Ağsuda yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Ərəbmehdibəy kəndinin ərazisində qeydə alınıb. Hadisə nəticəsində 1996-cı il təvəllüdlü Ruslan Rəfail oğlu Tağıyev, 1992-ci il təvəllüdlü Amil Emin oğlu Mollayev və 1998-ci il təvəllüdlü İlkin Vəli oğlu Heybətov müxtəlif dərəcəli xəsarətlərlə rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Xəsarət alan şəxslərdən birinin vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər