Cəmiyyət

Bu il evlərin qiyməti enə bilər?

29 Jan 2026, 11:32 2 baxış
Bu il evlərin qiyməti enə bilər?
Mütəxəssislər bu il Azərbaycanda daşınmaz əmlak qiymətinin qalxacağını proqnozlaşdırırlar. Sakinlər Azərbaycan Televiziyasına (AzTV) vurğulayırlar ki, onlar hazırda evlərin qiymətinin yüksək olması səbəbindən onu almaqda çətinlik yaşayırlar.
Əmlak ekspertləri bildirirlər ki, 2025-ci ilin avqust ayından əmlak bazarında durğunluq hökm sürür. Bu da öz növbəsində bəzi evlərin süni şəkildə qiymətlərinin qalxmasına, bəzilərində isə alıcı azlığı səbəbindən enməsinə səbəb olub. Ekspertlər qeyd edirlər ki, birotaqlı evlərin qiyməti metroya yaxınlıq baxımından 85-120 min manat arasında dəyişə bilər. Yerli mütəxəssislər isə qarşıdakı zamanlarda evlərin qiymətinin kəskin qalxacağını gözləmirlər.
Mənbə oxu.az

Oxşar Xəbərlər