İdman

"Sumqayıt" və "Araz-Naxçıvan"ın sabiq futbolçusu I Liqa klubuna keçib

28 Jan 2026, 17:34 1 baxış
"Sumqayıt" və "Araz-Naxçıvan"ın sabiq futbolçusu I Liqa klubuna keçib
"Sumqayıt" və "Araz-Naxçıvan"ın sabiq futbolçusu Qabil Əlizadə Azərbaycanın I Liqa təmsilçisi "Mingəçevir"ə keçib. Oxu.Az xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb. 25 yaşlı futbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb. Qabil Əlizadə karyerası ərzində "Karvan-Yevlax", "Sumqayıt" və "Araz-Naxçıvan" kimi klubların formasını geyinib. Qeyd edək ki, "Mingəçevir" hazırda turnir cədvəlində 21 xalla 4-cü pillədə qərarlaşıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər