İdman

Qurban Qurbanov "Dinamo" üzərində qələbədən DANIŞDI

13 Aug 2026, 22:54 2 baxış
Qurban Qurbanov "Dinamo" üzərində qələbədən DANIŞDI
"Futbolçularımı təbrik edirəm. Çox gərgin oyun keçirdik". Oxu.Az xəbər verir ki, bu fikirləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində keçirilən "Qarabağ" - "Dinamo Kiyev" (2:0) oyunundan sonra təmsilçimizin baş məşqçisi Qurban Qurbanov deyib. O bildirib ki, qarşılarında məğlub olmaq istəməyən rəqib var idi: "Həm topla, həm də topsuz çox yaxşı çıxış etdilər. Azarkeşlərə də təşəkkür edirəm. Çempionlar Liqasının qrup mərhələsindəki ab-havanı yaratmışdılar. Bakıda "Dinamo"ya azarkeşlik edənlər çoxdur. Uşaq vaxtı biz də "Dinamo"ya azarkeşlik etmişik". "İki oyun arasında böyük fərq var idi. Bu gün daha aktiv oyun nümayiş etdirdik. Rəqibi topsuz qoymağa çalışırdıq. İkinci hissədə bəzi dəyişikliklər oldu. İsti hava şəraitində bu cür rotasiyalar normaldır", - deyə baş məşqçi qeyd edib. Qeyd edək ki, UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Dinamo Kiyev" üzərində ümumi hesabda 2:1 hesablı qələbə qazanan "Qarabağ" pley-off mərhələsinə vəsiqə qazanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər