Cəmiyyət
600-dən çox bal toplayanlar tibbə qəbul olunmayacaqlar? - RƏSMİ AÇIQLAMA - VİDEO
"Onu deyə bilərəm ki, 4-cü qrupda 600 baldan yuxarı nəticə göstərənlər - bu, əsasən tibb ixtisaslarına iddiaçı olan 1212 nəfərdir. Aydın məsələdir ki, onların hamısı istədiyi tibb ixtisasına qəbul ola bilməyəcək". Oxu.Az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə sosial mediada canlı yayım zamanı deyib.
O bildirib ki, tibb ixtisası deyəndə ATU-da müxtəlif ixtisaslar nəzərdə tutulur: "İctimai səhiyyə, əczaçılıq, stomatologiya. Amma əsas müsabiqə vəziyyəti müalicə işi (tibb) ixtisasına aiddir. Keçənilki keçid balları yüksək olub. Bu il gözləyirik ki, tibb ixtisasında keçid balı keçənilki ilə müqayisədə təxminən 20 bal artsın. Keçid balı 500-dən yuxarı olan ixtisaslarda isə artım 10 bal ola bilər. Ötən il 400 baldan yuxarı hansısa ixtisaslarda nəticə var idisə, bu il o ixtisaslarda həmin balların da formalaşmasını gözləyirik. Amma 300 ilə 400 arasında olan intervalda təxminə 10 bal arta bilər. Bu qrupda 150 baldan yuxarı nəticə göstərənlərin sayı 5419 nəfərdir və onlar düzgün seçim etsələr, cəmi 300 nəfər kənarda qalacaq. Ona görə düzgün seçim edin", - o qeyd edib.

Mənbə
oxu.az