İdman
Mateus Silva: "Biz yeni tarix yaza biləcəyimizə inanırıq"
"Qarabağ"ın braziliyalı müdafiəçisi Mateus Silva UEFA Çempionlar Liqasının Liqa mərhələsindəki çıxışları barədə fikirlərini bölüşüb. Oxu.Az xəbər verir ki, futbolçu bu barədə Braziliya mətbuatına açıqlamasında danışıb. M.Silva bildirib ki, UEFA Çempionlar Liqasında mübarizə aparmaq bütün futbolçuların arzusudur: "Belə böyük oyunlarda çıxış etmək və komandama kömək etmək xüsusi hissdir. Komandamızda güclü birlik var və biz yeni tarix yaza biləcəyimizə inanırıq. Hazırda əsas məqsəd emosiyalara qapılmamaq və "Liverpul"la oyuna köklənməkdir". Qeyd edək ki, "Liverpul" - "Qarabağ" matçı bu gecə saat 00:00-da keçiriləcək.
Mənbə
oxu.az