Siyasət

Keçmiş məcburi köçkün: "Dəmir yumruq heç vaxt əyilməsin"

28 Jan 2026, 07:14 1 baxış
Keçmiş məcburi köçkün: "Dəmir yumruq heç vaxt əyilməsin"
"Cəbrayılda tibb bacısı işləyirdim. Çoxlu xatirələrim qalıb orada. 33 ildi ki, bu günü həsrətlə gözləyirdik". Bu sözləri Oxu.Az-a açıqlamasında bu gün Cəbrayıl rayonunun Horovlu kəndinə köç edən Sonya Süleymanova deyib. O bildirib ki, 38 yaşında Horovlu kəndindən çıxıb: "Oğlumla qayıdıram. Bu günü bizə yaşadan cənab Prezidentə təşəkkür edirik. Allahdan şəhidlərimizə rəhmət diləyirəm, qazilərimizə cansağlığı arzulayıram. Dəmir yumruq heç vaxt əyilməsin! Allah hərbçilərimizi qorusun! İki oğlum hərbçidir. Onlar 44 günlük Vətən müharibəsində iştirak ediblər. Biri həkimdir, digəri zabit". Xatırladaq ki, bu gün daha 20 ailə (77 nəfər) doğma Horovlu kəndinə qayıdır. Məhərrəm Əliyev
Mənbə oxu.az

Oxşar Xəbərlər