Siyasət
Horovluya qayıdan keçmiş məcburi köçkün: "Kəndim tez-tez yuxularıma girirdi"
"Bu günün həsrətini illərdir ki, çəkirdim. Hisslərimi sözlərlə ifadə etmək çətindir". Bu sözləri Oxu.Az-a açıqlamasında bu gün Cəbrayıl rayonunun Horovlu kəndinə köç edən Almaz Alkərəmova deyib. O bildirib ki, 25 yaşında Horovludan çıxıb: "Oğlumla doğma torpağıma qayıdıram. Çox sevinirəm. Kəndim tez-tez yuxularıma girirdi. Qayıdandan sonra gözəl günlər yaşamaq istəyirəm. Əməyi keçən hər kəsdən Allah razı olsun". Xatırladaq ki, bu gün daha 20 ailə (77 nəfər) doğma Horovlu kəndinə qayıdır. Məhərrəm Əliyev
Mənbə
oxu.az