Siyasət

Lamiyə Mehrəliyeva: "Horovludan çıxanda səkkiz yaşında idim"

28 Jan 2026, 07:01 2 baxış
Lamiyə Mehrəliyeva: "Horovludan çıxanda səkkiz yaşında idim"
"Bu gün arzularımızın reallaşdığı gündür. Cənab Prezidentə təşəkkür edirik. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə cansağlığı arzulayıram". Bu sözləri Oxu.Az-a açıqlamasında bu gün Cəbrayıl rayonunun Horovlu kəndinə köç edən Lamiyə Mehrəliyeva deyib. O bildirib ki, səkkiz yaşı olanda Horovlu kəndindən çıxıblar: "Özüm müəlliməm, indi 41 yaşındayam. Təbii ki, çox sevinirik, bu günləri görməyi Allah bizə nəsib etdi". Xatırladaq ki, bu gün daha 20 ailə (77 nəfər) doğma Horovlu kəndinə qayıdır. Məhərrəm Əliyev
Mənbə oxu.az

Oxşar Xəbərlər