İdman
"Qarabağ"ın nə qədər güclü olduğunu bilirəm - Frimponq
“Qarabağ”la sabahkı oyun asan olmayacaq.
Axar.az xəbər verir ki, bunu “Liverpul”un futbolçusu Ceremi Frimponq mətbuat konfransında deyib.
“Mən “Bayer”də oynayarkən Qarabağa qarşı oynadığımız oyunu xatırlayıram. Bu oyun əsl "rollercoaster" idi, amma sonda geri dönməyi bacardıq. Rəqibin nə qədər güclü olduğunu yaxşı bilirəm və sabahkı oyunun asan olmayacağını da anlayırıq. Biz, sadəcə, hazır olmalı, yaxşı hazırlaşmalı və əlimizdən gələni etməliyik. Onların Çempionlar Liqası səviyyəsində komanda olduqlarına şübhə yoxdur”, – deyə o bildirib.
Mənbə
axar.az