Digər
Zelenski Putinlə görüşə hazırdır - Sibiqa
Prezident Vladimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə görüşə hazırdır.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Andrey Sibiqa deyib.
Onun sözlərinə görə, sülh danışıqları çərçivəsində ərazilər və Zaporojye Atom Elektrik Stansiyası (AES) məsələlərinin həlli müzakirə oluna bilər.
"Məhz bu məsələlərin həlli üçün Prezident Putinlə görüşməyə və bunları müzakirə etməyə hazırdır", - nazir bildirib.
Mənbə
axar.az