Siyasət

Papoyan: "İrəvan və Bakı mayeləşdirilmiş qazın Azərbaycan vasitəsilə tədarükünə dair razılığa gəliblər"

27 Jan 2026, 20:14 1 baxış
Papoyan: "İrəvan və Bakı mayeləşdirilmiş qazın Azərbaycan vasitəsilə tədarükünə dair razılığa gəliblər"
"Bakı və İrəvan Azərbaycan ərazisi üzərindən Ermənistana mayeləşdirilmiş təbii qaz və bitumun tədarükü barədə razılığa gəliblər". Oxu.Az bildirir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan "Facebook" sosial şəbəkə hesabında məlumat verib. "Ermənistan və Azərbaycan arasında mayeləşdirilmiş qaz və bitumun Azərbaycan ərazisi üzərindən dəmir yolu ilə daşınmasına dair razılıq əldə olunub. Sahibkarlarımız artıq bu imkandan yararlana bilərlər", - deyə o yazıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər