Digər

Ukraynanın Macarıstandakı səfiri XİN-ə çağırıldı

27 Jan 2026, 18:45 2 baxış
Ukraynanın Macarıstandakı səfiri XİN-ə çağırıldı

Ukraynanın Macarıstandakı səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.


Axar.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto X səhifəsində yazıb.


Onun sözlərinə görə, buna səbəb Ukraynanın Macarıstanda seçkilərə müdaxilə etməsi, o cümlədən Kiyevin seçkilərin nəticələrinə və seçki prosesinə təsir etmək cəhdləridir.


"Son həftələrdə Ukrayna Prezidenti və hökuməti açıq, həyasız və aqressiv müdaxilə kampaniyası aparır. Onların məqsədi aydındır - "Tisa" partiyasının xeyrinə Macarıstanda seçkilərə təsir göstərmək", - P.Siyarto yazıb.

Mənbə axar.az

Oxşar Xəbərlər