İdman

Türkiyə klubu Macarıstan millisinin üzvü ilə yollarını ayırdı

27 Jan 2026, 17:00 1 baxış
Türkiyə klubu Macarıstan millisinin üzvü ilə yollarını ayırdı
Türkiyənin "Kasımpaşa" futbol klubu müdafiəçisi Attila Salai ilə yollarını ayırıb. Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, klub Macarıstan millisinin üzvü ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. Qeyd edək ki, A.Salai mövsümün əvvəlində Almaniyanın "Hoffenhaym" komandasından bir illik icarəyə götürülmüşdü.
Mənbə oxu.az

Oxşar Xəbərlər