Digər

Moskvada yataqxanada yanğın: 4 miqrant öldü

27 Jan 2026, 16:22 2 baxış
Moskvada yataqxanada yanğın: 4 miqrant öldü

Moskva vilayətinin Balaşixa şəhərində miqrantların yaşadığı yataqxanada yanğın baş verib.


Axar.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.


Məlumata görə, hadisə nəticəsində 2 kişi və 2 qadın olmaqla, dörd nəfər ölüb.


Dəm qazından zəhərlənmə əlamətləri olan 15 yaşlı yeniyetmə isə xəstəxanaya yerləşdirilib.


Ölənlərin Kuba vətəndaşları olduğu bildirilir.

Mənbə axar.az

Oxşar Xəbərlər