İdman

Elçin Məsiyevə UEFA-dan etimad: "Dinamo Zaqreb"in oyununu idarə edəcək

27 Jan 2026, 15:56 1 baxış
Elçin Məsiyevə UEFA-dan etimad: "Dinamo Zaqreb"in oyununu idarə edəcək
Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA-dan təyinat alıb. Oxu.Az xəbər verir ki, o, UEFA Avropa Liqasının Liqa mərhələsinin sonuncu - VIII turunda Danimarkanın "Midtyulland" və Xorvatiyanın "Dinamo Zaqreb" komandaları arasında keçiriləcək oyunu idarə edəcək. E.Məsiyevə Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. Qeyd edək ki, "Midtyulland" - "Dinamo Zaqreb" qarşılaşması yanvarın 30-da Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər