İdman

"Qarabağ" UEFA Çempionlar Liqasını hansı nəticə ilə tamamlayacaq?

27 Jan 2026, 14:08 1 baxış
"Qarabağ" UEFA Çempionlar Liqasını hansı nəticə ilə tamamlayacaq?
UEFA Çempionlar Liqasında çıxış edən təmsilçimiz "Qarabağ" çətin İngiltərə səfərində "Liverpul" klubu ilə qarşılaşacaq. Bəs görəsən, təmsilçimizin bu oyundan xal almaq şansı nə qədərdir? Oxu.Az futbol klubunun bu oyundakı şansları barədə ekspertlərin fikirlərini öyrənib. İdman jurnalisti Rasim Sultanzadə bildirib ki, biz klublarımızın avrokubokların qruplarındakı son matçlarının formal xarakter daşıdığına öyrəşmişdik:
"Çünki qruplardan sonrakı növbəti mərhələ üçün şanslarımız olmurdu. Artıq 99.5 faiz "Qarabağ" pley-off mərhələsinə vəsiqəni təmin edib. Bu dəfə isə "Qarabağ"ın Çempionlar Liqasında qazandığı uğuruna görə "Liverpul"la oyunu formal xarakter daşıyır. Təbii ki, arxayınlaşmaq olmaz. Ehtimalları nəzərə alsaq, futbol tarixinin ən böyük möcüzələrindən biri olmalıdır ki, "Qarabağ" pley-off mərhələsindən kənarda qalsın. Dünya futbol ictimaiyyətinin gözü "Qarabağ"dadır. Məhz buna görə də oynamaq lazımdır ki, hər kəs "Qarabağ"ın İngiltərəyə "gəzməyə" getmədiyini görsün. Rəqibin bu gün hansı vəziyyətdə olmasından, hansı oyunçularının oynayıb-oynamayacağından asılı olmayaraq, imkan vermək olmaz ki, bu oyun onların motivasiya oyunu olsun. "Qarabağ"ın performansı o səviyyəyə çatıb ki, biz bu oyunda "Qarabağ"dan xal qazanmasını gözləyirik. Pley-off mərhələsində rəqibin kimliyindən asılı olaraq, fikirlərimiz və gözləntilərimiz dəyişə bilər. Daha uyğun rəqib düşəcəyi təqdirdə "Qarabağ"la bağlı arzularımızın daha uzun olacağına ümid edə bilərik. Ümid edirəm ki, həm "Liverpul"la oyunda, həm də pley-offdakı rəqibimizlə oyunda uğurlu nəticələr qazanarıq. Azərbaycan millisinin və "Neftçi" klubunun sabiq məşqçisi Arif Əsədov isə bildirib ki, bu oyunda qazanılan istənilən xal pley-offa vəsiqəni təmin edir:
"Qarabağ" "Ayntraxt Frankfurt" üzərindəki möhtəşəm qələbədən sonra, demək olar ki, böyük ölçüdə pley-offa vəsiqəni təmin edib. Amma təbii ki, bu oyunda qazanılan istənilən xal pley-offa vəsiqəni təmin edir. "Liverpul" çox güclü və çətin rəqibdir. "Enfild"də azarkeşlərin güclü dəstəyi altında oynamaq "Qarabağ" üçün çətin olacaq. Lakin bütün bunlara baxmayaraq, "Qarabağ"ın Çempionlar Liqasında qazandığı təcrübəsinə baxsaq, bu səfər oyunundan xal qazanmağa qadirdir. Bu oyunda da təmsilçimizin bizi sevindirəcəyinə inanıram. Ümid edirəm ki, "Qarabağ" "Liverpul" üzərində qələbə qazanmaqla ingilislərə qarşı məğlubiyyət seriyasını qırarıq". "Araz-Naxçıvan" klubunun sabiq baş məşqçisi Elmar Baxşıyev qeyd edib ki, turnir cədvəli "Qarabağ"ın pley-off mərhələsinə vəsiqə qazanmasının real olduğunu göstərir:
"Qarabağ" bu il Çempionlar Liqasında həm oyunu həm də nəticələri ilə hamını təəccübləndirməkdə davam edir. İndiki turnir cədvəli onu göstərir ki, "Qarabağ"ın play-offa düşməyi realdır. Tam əminliklə demək olar ki, klub bu çıxışı ilə tarixində ilklərə imza atmaqda davam edir. Əlbəttə ki, "Liverpul" bu oyunun favoritidir, Avropanın top klubudur. Nəticə baxımından müasir futbolda sürprizlər olur. İnanaq ki, bu oyun da "Qarabağ"ın uğurlu çıxışlarından biri olacaq". Murad Nəsimi
"Qarabağ" UEFA Çempionlar Liqasını hansı nəticə ilə tamamlayacaq? "Qarabağ" UEFA Çempionlar Liqasını hansı nəticə ilə tamamlayacaq? "Qarabağ" UEFA Çempionlar Liqasını hansı nəticə ilə tamamlayacaq?
Mənbə oxu.az

Oxşar Xəbərlər