İdman
Azərbaycanda voleybol hakimi vəfat edib
Azərbaycanın ümumittifaq dərəcəli voleybol hakimi vəfat edib. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası (AVF) məlumat yayıb. Bildirilib ki, beynəlxalq dərəcəli hakim Fuad Ağayevin atası, ümumittifaq dərəcəli, SSRİ-nin ən yaxşı hakimlərindən biri olmuş, ittifaq çempionatlarını, daha sonra Azərbaycan çempionatlarını idarə etmiş hakim Rafiq Ağayev uzun sürən xəstəlikdən vəfat edib.
Mənbə
oxu.az