İdman

Yeddiqat İtaliya çempionu baş məşqçi təyin olundu

27 Jan 2026, 10:20 1 baxış
Yeddiqat İtaliya çempionu baş məşqçi təyin olundu
İsveçrə millisinin sabiq müdafiəçisi Ştefan Lixtştayner "Bazel" klubunun baş məşqçisi təyin olunub. Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, 42 yaşlı mütəxəssis ilə imzalanan müqavilənin müddəti 2029-cu ilin yayına qədərdir. Qeyd edək ki, Ş.Lixtştayner karyerası ərzində "Latsio", "Arsenal", "Yuventus" kimi klubların formasını geyinib. O, "Yuventus"un heyətində yeddi dəfə İtaliya çempionu olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər