İdman
Fransanın tarixi futbol klubu cəmi iki manata satıldı
Fransanın məşhur "Bordo" futbol klubunun sahibi Jerar Lopes komandanı İngiltərənin "Park Bench" investisiya şirkətinə cəmi bir avroya (iki manat) satmaq barədə müqavilə imzalayıb. Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti "X" sosial şəbəkəsindəki rəsmi hesabında məlumat yayıb. "Saziş klubun borc öhdəliklərinin öz üzərinə götürülməsi şərti ilə rəmzi olaraq bir avroya bağlanıb. Bu müqavilənin imzalanması gələcək üçün mühüm bir mərhələ oldu", - deyə klubun rəsmi bəyanatında qeyd olunub. Yeni mülkiyyətçi komandanın borclarının ödənilməsi üçün təxminən 18 milyon avro ayırmağı planlaşdırır. Öz növbəsində Lopes "Bordo"ya qarşı maliyyə iddialarından geri çəkilib və klubun vəziyyəti yaxşılaşacağı təqdirdə hər hansı bir ödəniş almaq hüququndan imtina edib. Qeyd edək ki, 2024-cü ildə klub müflis olaraq peşəkar statusunu itirmişdi. 2026-cı ilin iyul ayında isə komanda 9 milyon avroluq borca görə milli çempionatlardan kənarlaşdırılmışdı. Xatırladaq ki, "Bordo"nun aktivində altı Fransa çempionluğu və dörd ölkə kuboku var. Klub sonuncu dəfə 2008/09 mövsümündə çempionluq sevinci yaşamışdı.
Mənbə
oxu.az