Rəqsi ilə "Ayntraxt"ın üzvünü əsəbiləşdirən kimdir? - Video
"Qarabağ" üzvləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda "Ayntraxt" ilə görüşdən sonra qələbəsini qeyd edərkən, stadionda oynayan bir nəfər diqqət çəkib.
Axar.az Unikal-a istinadən xəbər verir ki, sözügedən şəxs "Qarabağ"ın rəhbərliyində çalışan Elvin Süleymanovdur.
Azərbaycan təmsilçisi 3-2 hesablı qələbəsini qeyd edərkən, alman klubu meydançanı tərk etməyə başlayıb. Bu zaman "Ayntraxt"ın mərkəz müdafiəçisi Artur Teate əsəblərini cilovlaya bilməyib.
Belə ki, o, sevincini oynayaraq ifadə edən Elvin Süleymanova sərt reaksiya verib. O, isə, görünür, qələbə sevincini pozmaq istəməyib və qonağın əsəbini anlayışla qarşılayıb.
Qeyd edək ki, bu qələbə ilə ağdamlılar cari mövsüm Çempionlar Liqasının Liqa mərhələsindəki xallarının sayını 10-a çatdırıb.