Siyasət
Yusif Abdullayev: "Azərbaycan və İsrail arasında güclü ikitərəfli münasibətlər bizim üçün vacibdir"
"Azərbaycan və İsrail arasında güclü ikitərəfli münasibətlər bizim üçün son dərəcə vacibdir". Oxu.Az xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən Azərbaycan-İsrail biznes forumunda bildirib. O qeyd edib ki, dünən İsraildəki infrastruktur layihələrində iştirak edə biləcək Azərbaycan şirkətlərinin cəlb edilməsinin praktiki yolları müzakirə edilib: "Forumda 110-dan çox şirkət iştirak edir. Bu forum tərəfdaşlığımızı real iqtisadi nəticələrə çevirmək istiqamətində ortaq sadiqliyimizi nümayiş etdirir". Məhərrəm Əliyev
Mənbə
oxu.az