İdman

"Qarabağ"ın müdafiəçisinin zədəsi barədə AÇIQLAMA

26 Jan 2026, 14:24 1 baxış
"Qarabağ"ın müdafiəçisinin zədəsi barədə AÇIQLAMA
Misli Premyer Liqasının XVII turunda "Kəpəz"lə (0:2) oyunda zədələnən "Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynovun vəziyyəti məlum olub. Bu barədə Oxu.Az-a klubun Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev məlumat verib. "Bədavi ilə bağlı ciddi problem yoxdur. Həkimlər hər şeyin qaydasında olduğunu deyiblər", - deyə A.Hacıyev qeyd edib. Qeyd edək ki, "Qarabağ" klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin son turunda qarşılaşacağı rəqibi "Liverpul"la oyun üçün bu gün saat 15:00-da İngiltərəyə yollanacaq. "Liverpul" - "Qarabağ" oyunu yanvarın 29-da Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
"Qarabağ"ın müdafiəçisinin zədəsi barədə AÇIQLAMA
Mənbə oxu.az

Oxşar Xəbərlər