İdman
"Sabah" 20-ci dəfə böyükhesablı qələbəsini qazanıb
"Sabah" klubu Misli Premyer Liqasının XVII turunda "Karvan-Yevlax"a 4:1 hesabı ilə qalib gəlib. Oxu.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Bakı klubunun yüksək dəstədə 20-ci böyükhesablı qələbəsi olub. Paytaxt təmsilçisi 11 dəfə evdə, 9 dəfə səfərdə üç və ya daha çox top fərqi ilə qalib gəlib. "Sabah" 20 və ya daha çox oyunda belə qələbə qazanan 15-ci komandadır. Onlar bu göstəricidə "ANS-Pivani"yə çatıblar. Qeyd edək ki, "Sabah" ilk belə qələbəsini 2019-cu il sentyabrın 29-da qazanıb.
Mənbə
oxu.az