İdman

İngiltərədə “Qarabağ”ı nə qədər azarkeş dəstəkləyəcək?

26 Jan 2026, 13:44 1 baxış
İngiltərədə “Qarabağ”ı nə qədər azarkeş dəstəkləyəcək?

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin son turunda "Liverpul" - "Qarabağ" qarşılaşmasında futbol komandamızı dəstəkləyəcək azarkeşlərin sayı açıqlanıb.


Bu barədə Axar.az-a klubun mətbuat xidmətindən məlumat verilib.


Bildirilib ki, İngiltərədə keçiriləcək matçda "Qarabağ"ı 1250 nəfərə yaxın azarkeş müşayiət edəcək. Komanda bu gün saat 15:00-da İngiltərəyə yollanacaq.


Qeyd edək ki, "Liverpul" - "Qarabağ" oyunu yanvarın 29-da Bakı vaxtı saat 00:00-da start götürəcək.

Mənbə axar.az

Oxşar Xəbərlər