İdman

"Qarabağ"ın ev oyunundakı uğursuz nəticəsi 14 ildən sonra təkrarlanıb

26 Jan 2026, 12:44 1 baxış
"Qarabağ"ın ev oyunundakı uğursuz nəticəsi 14 ildən sonra təkrarlanıb
Misli Premyer Liqasının XVII turunda "Kəpəz"ə doğma meydanda uduzan (0:2) "Qarabağ"ın ev oyunundakı uğursuz nəticəsi 14 ildən sonra təkrarlanıb. Oxu.Az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. 2011/2012 mövsümündə - 2012-ci il aprelin 22-də "Bakı" səfərdə "köhlən atlar"ı 4:2 hesabı ilə üstələyib. Həmin görüşdən 5 025 gün sonra "Kəpəz" eyni fərqlə qələbə qazanıb. Ağdam təmsilçisinin çempionatdakı ev oyununda qol vurmadan iki və ya daha çox top buraxması isə Qurban Qurbanovun komandadakı debüt mövsümündə yaşanıb. 2008/2009 mövsümündə - 2008-ci il sentyabrın 27-də "Simurq" rəqibini 2:0 hesabı ilə məğlub edib. "Kəpəz" 17 il əvvəlki həmin nəticəni 6 328 gündən sonra təkrarlayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər