İdman

Azərbaycan qılıncoynadanı beynəlxalq turnirdə podiuma qalxdı

26 Jan 2026, 11:32 1 baxış
Azərbaycan qılıncoynadanı beynəlxalq turnirdə podiuma qalxdı
Azərbaycanın yeniyetmə qılıncoynadanı Abbas Hüseynov Polşanın Konin şəhərində keçirilən "Cadet Circuit" beynəlxalq turnirində bürünc medala sahib çıxıb. Bu barədə Oxu.Az-a Azərbaycan Qılıncoynatma Federasiyasından məlumat verilib. Qrup mərhələsini dörd qələbə ilə başa vuran sablyaçı pley-offda ardıcıl olaraq Böyük Britaniya, Fransa, Almaniya və Rumıniya təmsilçilərini mübarizədən kənarlaşdıraraq yarımfinala yüksəlib. A.Hüseynov finalın bir addımlığında sonradan turnirin qalibi olan fransalı Qael Boujrad-Benauda 14:15 hesabı ilə uduzaraq yarışı üçüncü pillədə tamamlayıb.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər